Anla.
Qaydanın məntiqini tut, nümunədə gör.
PAVONEİTALYAN DİLİ PLATFORMASIGəlin tanış olaq ↗BİR DİLDƏN DAHA ARTIĞI.
İlk “ciao”dan öz hekayəni danışmağa.
Sənin məqsədin, sənin tempin, sənin italyancan.
Sənə uyğun formatdan başla.
Qalan yolu birlikdə gedək.
Hər proqramı yaxından tanımaq üçün üzərinə kliklə. ↗
Bir restoranda sifariş vermək. Özünü təqdim etmək. Fikrini ifadə etmək. Öyrəndiyin italyancanın real həyatda yeri olsun.
Qaydanın məntiqini tut, nümunədə gör.
Bildiklərini istifadə et, səhvlərdən öyrən.
Kiçik, davamlı addımlarla irəlilə.

GƏLİN TANIŞ OLAQ
Azərbaycan Dillər Universitetinin Tərcümə (italyan dili) ixtisasını fərqlənmə ilə bitirmişəm. 10 ilə yaxındır peşəkar italyan dili müəllimi və tərcüməçisi kimi fəaliyyət göstərirəm.
Tədris və tərcümə fəaliyyətimlə yanaşı, STP, Azərbaycan Dəmir Yolları (ADY), TƏBİB və Bank BTB kimi özəl və dövlət qurumlarında çalışmışam. Bu müəssisələrdə qazandığım 5 ildən çox rəsmi iş təcrübəsi peşəkar yolumun mühüm hissəsidir.
Müəllim kimi məqsədim biliklə praktika arasında əlaqə qurmaqdır. İstəyirəm ki, italyancanı sadəcə anlayasan deyil, ondan istifadə edəsən — söhbətə qoşulasan, fikrini ifadə edəsən və hədəflərinə doğru daha inamla irəliləyəsən.
PAVONE bu yanaşmanın davamıdır. Qrup və fərdi dərslər, danışıq praktikası, CILS hazırlığı və Da Capo ilə öz tempində öyrənmə — fərqli ehtiyaclar üçün fərqli yollar, eyni məqsəd: italyancanı həyatının bir hissəsinə çevirmək.
Sənin italyanca hekayənə də
birlikdə başlayaq.
03 / BAŞQA BİR ÖYRƏNMƏ YOLU
Da Capo ilə öz tempində öyrən. 2 ayın abunə haqqını 25% endirimlə ödə və 50 dərslik paketi əldə et.
Standart aylıq abunəlik: 20 AZN.
DABildiklərini aktiv danışığa çevirmək istəyirsənsə, bu formatla tanış ol.
BİR NEÇƏ CAVAB
Bəli. Qrup, fərdi dərs və ya Da Capo formatını məqsədinə və ayıra biləcəyin vaxta görə birlikdə seçə bilərik.
Qrup dərslərində digər öyrənənlərlə birlikdə irəliləyirsən. Fərdi dərslər isə şəxsi məqsədinə və tempinə fokuslanır. Cədvəl və mövcud formatlar üçün bizimlə əlaqə saxla.
Da Capo aylıq abunəliklə yönləndirilən müstəqil öyrənmədir. Qısa videodərsləri öz vaxtında izləyir, gündəlik praktika edir və mentor dəstəyindən yararlanırsan. Ənənəvi dərslər isə müəllimlə canlı tədris formatıdır.
Da Capo abunəliyi ayda 20 AZN-dir. Qrup, fərdi, danışıq və CILS dərslərinin qiyməti, cədvəli və başlama tarixi üçün bizə yaz.
Əvvəlki təcrübəni və məqsədini bizimlə bölüş. Uyğun proqram və başlanğıc səviyyəsi haqqında birlikdə danışaq.
Məqsədini bizə danış.
Sənə uyğun yolu birlikdə seçək.